Yaş artdıqca bədənin ehtiyacları dəyişir və buna uyğun menyu tərtib olunmalıdır. Foodinfo.az bildirir ki, Dünya Səhiyyə Təşkilatının (DST) "Healthy Ageing" tövsiyələrinə görə, yaşlı şəxslər zülal, lif və antioksidantlarla zəngin qidalar qəbul etməlidirlər. Harvard Tibb Məktəbinin geriatrik tədqiqatlarına əsasən, gündəlik menyuya toyuq filesi, yaşıl tərəvəzlər, qatqısız qatıq və yulaf əlavə olunması sümük və əzələ sağlamlığını dəstəkləyir.

Eyni zamanda, duzlu və konservləşdirilmiş məhsulların istifadəsi məhdudlaşdırılmalıdır. Maye qəbuluna diqqət yetirilməli və su balansı qorunmalıdır.