Harvard School of Public Health-ə görə, antioksidantlar orqanizmdə sərbəst radikalları zərərsizləşdirərək xərçəng, ürək xəstəlikləri və erkən qocalmanın qarşısını alır.

Foodinfo.az bildirir ki, ən güclü antioksidant qidalar arasında moruq, böyürtkən, tünd şokolad, pomidor və ispanaq var. "Healthline" platformasında dərc olunmuş məlumatda qeyd olunur ki, bu məhsulların gündəlik rasiona əlavə olunması hüceyrə səviyyəsində qoruma təmin edir. Bişmiş pomidorun tərkibindəki likopin daha yaxşı mənimsənilir.