Birləşmiş Millətlər Təşkilatının (BMT), başda Yəmən, Konqo Demokratik Respublikası və Əfqanıstan olmaqla qlobal səviyyədə 113 milyon insanın "kəskin aclıq" çəkdiyini açıqlayıb.
Foodinfo.az-ın məlumatına görə, BMT Qida və Əkinçilik Təşkilatı tərəfindən hazırlanan "2019-cu ilin Qlobal Qida Böhranı Hesabatı"na görə, keçən il aclıq təhlükəsi ilə qarşı-qarşıya olan ölkələr əsasən Yəmən, Konqo Demokratik Respublikası, Əfqanıstan, Efiopiya, Sudan, Cənubi Sudan, Nigeriya və Suriya olub.
Hesabatda, bu 8 ölkədə təxminən 72 milyon insanın kəskin aclıq çəkdiyi ifadə edilərək, baş verən müharibələr, iqtisadi böhran, iqlim dəyişikliyi ilə bağlı təbii fəlakətlər və təhlükəsizliyin olmaması aclığın əsas səbəbləri kimi göstərilib.
Açıqlanan məlumatlara görə, dünyada 53 ölkədə ümumilikdə 113 milyon insanın qida ehtiyacı var. Qlobal səviyyədə "kəskin aclıq" vəziyyətindəki insanların sayının ən yüksək olduğu ölkə isə Yəməndir. Burada 15,9 milyon insan acdır. 13,1 milyon ac insanın olduğu Konqo Demokratik Respublikası və 10,6 milyon insanın aclıqdan əziyyət çəkdiyi Əfqanıstan ilk üçlükdədir.
Aysel