
Enerji içkiləri sürətli yorğunluqdan xilas olmağın praktik yolu kimi təqdim olunur. Foodinfo.az bildirir ki, bu içkilər qısa müddətli canlanma effekti versə də, uzunmüddətli istifadədə ciddi risklər daşıyır. Onların tərkibində yüksək miqdarda kofein, şəkər və sintetik maddələr olur.
Bəzi hallarda tərkibdəki kofein miqdarı bir neçə fincan qəhvəyə bərabərdir. Bu isə ürək döyüntülərinin artması, yuxusuzluq və əsəbilik yarada bilər. Xüsusilə gənclər arasında enerji içkilərinin gündəlik istifadəsi narahatlıq doğurur. Davamlı istifadə orqanizmdə asılılıq hissi formalaşdıra bilər.
Üstəlik, tərkibdəki şəkər və tatlandırıcılar metabolizmi pozur və çəki artımına səbəb olur. Əks göstərişləri olan insanlar, xüsusilə ürək xəstələri üçün bu içkilər təhlükəlidir. Qəfil enerji yüksəlişi ardından kəskin enişlər psixoloji gərginlik yarada bilər. Enerji ehtiyacını təbii yollarla – su, balanslı qidalanma və yuxu ilə təmin etmək daha sağlam seçimdir.