Ermənistanda ərzaq qıtlığı yaranıb Ermənistan Dövlət Gəlirləri Komitəsi ölkəyə qida məhsulları gətirən yük maşınlarının etiraz aksiyaları səbəbindən maneələrlə üzləşdiyini və bundan narahat olduğunu açıqlayıb. Komitədə bunun ölkədə ərzaq təhlükəsizliyinə təhdid olduğu bildirilib. “Yük maşınlarının girişi və gömrük rəsmiləşdirilməsi üçün problemlər yaranır və bu hal ölkənin ərzaq təhlükəsizliyinə ciddi zərbə ola bilər. Gömrük orqanları bütün aksiya iştirakçılarını bu faktı nəzərə almağa və gömrük təhlükəsizliyinin təmin edilməsinin zəruriliyindən irəli gələrək yük maşınlarının hərəkətinə və onların gömrük rəsmiləşdirilməsindən keçirilməsinə mane olmamağa çağırır”, - komitənin mətbuat xidmətinin məlumatında deyilir. (Oxu.az)