Rusiya hərbi hissələrinin mağazaları və yeməkxanalarına “Snikers” və “Koka-kolanın” təchizatı dayandırılacaq. Rusiyanın “Voentorq” şirkəti sözü gedən şirniyyat və içkiyə alternativ axtarır. Bu barədə hərbi-ticarət müəssisəsinin direktoru Vladimir Pavlov açıqlama verib. “Hərbi hissədə hərbi qulluqçunun ən sevimli içkisinin “koka-kola”, ən sevimli şokolad batonunun isə “snikers” olması düzgün olan şey deyil. Onlara əvəz tapmaq bizim əsas tapşırığımızdır. Hələlik şokolad batonlarının  “üstünə düşmüşük”. Ümid edirəm ki, yaxın zamanda buna nail olacağıq” deyə Pavlov bildirib. Direktor eyni zamanda hərbi hissələrdə içki və qida məhsullarının satışı üzrə avtomatların sayının artırıldığını diqqətə çatdırıb. (Oxu.az)