Qastroenteroloq Anastasiya Timoşenko məsləhət görüb ki, südü iki-dörd dərəcə temperaturda soyuducuda saxlamaq yaxşıdır. Foodinfo.az xəbər verir ki, NEWS.ru-ya müsahibəsində mütəxəssis, bu arada ən aşağı temperaturun ət və balıq üçün tövsiyə olunduğunu vurğulayıb.
Həkim qeyd edib ki, süd məhsullarını qapının üstündə deyil, soyuducunun əsas bölməsində saxlamaq daha yaxşıdır. O, xəbərdarlıq edib ki, qapılardakı temperatur ən istidir - 10 dərəcəyə qədər. Mütəxəssis tərəvəz və meyvələri xüsusi bölməyə qoymağı tövsiyə edib. Temperaturun yeddi dərəcəyə çatdığı üst və orta rəflər qənnadı məmulatları və kolbasa üçün idealdır.