Balqabaq qida dəyəri və sağlamlığa faydaları ilə zəngin bir tərəvəzdir. Aşağı kalorili, lakin vitamin və minerallarla dolu olan balqabaq sağlamlıq deposu olaraq bilinir.
Foodinfo.az xəbər verir ki, tərkibindəki A vitamini, C vitamini, E vitamini, beta-karotin və lif sayəsində immunitet sistemini gücləndirir, göz sağlamlığını qoruyur və dəriyə müsbət təsir göstərir.
Antioksidantlar baxımından zəngin olduğu üçün bədəni sərbəst radikallardan qoruyur və xərçəng riskini azaldır.
Kalium tərkibi ürək sağlamlığı üçün faydalıdır, həmçinin balqabaq həzm sistemini dəstəkləyir və toxluq hissi yaradır.