Nadir hallarda və balanslı qidalanma fonunda fastfud yemək sağlamlığa ciddi zərər vermir.

Foodinfo.az xəbər verir ki, bu barədə həkim-gastroenteroloq Yekaterina Kaşux məlumat verib. Onun sözlərinə görə, əgər bu cür yeməklər daimi vərdiş halına çevrilməyibsə və insan əsasən düzgün qidalanırsa, orqanizmə ciddi ziyan dəymir.

Lakin o da vurğulanır ki, fastfudun müntəzəm qəbulu qan damarları, maddələr mübadiləsi və bağırsaq mikroflorası üçün təhlükəlidir. Xüsusilə şəkərli diabet və həzm sistemi xəstəlikləri olan şəxslər üçün belə qidalar daha ciddi risklər yarada bilər. Kaşux əlavə edib ki, bəzi fastfud restoranlarında salat, toyuq nuqgetləri və ya karideslə hazırlanan yüngül yeməklər tapmaq mümkündür. Bu qidalar həm protein, həm də lif baxımından orqanizm üçün daha faydalı seçimdir.

Həkim onu da qeyd edib ki, orqanizmin ümumi vəziyyəti nəzərə alınmalı və fastfud istehlakı “bayram süfrəsinə” çevrilməməlidir. Bu yanaşma sağlamlıq üçün təhlükəni minimuma endirə bilər.