Fıstıq arıqlamaq istəyənlər üçün faydalı ola bilər, lakin onun miqdarına diqqət yetirmək vacibdir. 

Foodinfo.az xəbər verir ki, fıstıq sağlam yağlar, protein və liflə zəngindir, bu da toxluq hissini uzadır və aclıq krizlərinin qarşısını alır. Bu xüsusiyyəti kalorili qəlyanaltıları əvəz edərək ümumi kalori qəbulunu azaldır.  

Fıstıqda olan doymamış yağlar metabolizmi sürətləndirir və bədəndəki yağ yandırma prosesinə dəstək verir. 

Eyni zamanda, protein tərkibi əzələ kütləsini qorumağa kömək edir, bu da arıqlama zamanı vacibdir. 

Araşdırmalar göstərir ki, lazımi ölçüdə fıstıq istehlakı çəki artımına səbəb olmur və sağlam arıqlama prosesinə dəstək olur.  

Buna baxmayaraq, fıstıq kalorisi yüksək qidadır, buna görə gündəlik 20-30 qramdan artıq yeyilməməlidir. Duzsuz və əlavələrsiz fıstıq daha faydalıdır.