Uşaq vaxtı nənələrimizin yatmazdan əvvəl içirdiyi isti süd, göründüyündən daha elmi əsaslara dayanır.
Foodinfo.az xəbər verir ki, Almaniyanın Heidelberg Universitetindən nevroloq Dr. Felix Hermann isti südün tərkibindəki triptofanın beyində melatonin ifrazını artırdığını deyib.
Melatonin isə bədənə “yatmaq vaxtıdır” siqnalı göndərən hormon kimi fəaliyyət göstərir.
Mütəxəssis qeyd edir ki, isti süd yalnız yuxunu dərinləşdirmir, həm də sinir sistemini sakitləşdirir, bu da stressin azalmasına səbəb olur.
Südün tərkibindəki kalsium və maqnezium əzələləri rahatlaşdıraraq, gecə boyu daha keyfiyyətli yuxu təmin edir.
“Daily Mail” nəşrində yayımlanan məqaləyə görə, gecə isti süd içmək vərdişi olanlarda yuxusuzluq halları 40%-ə qədər azalır.
Süd həmçinin mədənin selikli qişasını qoruyur və acqarına yuxuya getməyin yaratdığı narahatlıqları önləyir.
Beləliklə, isti süd içmək sadəcə bir vərdiş deyil, elmi təsdiqini tapmış təbii yuxu dəstəyidir.