
Turp tərkibindəki təbii maddələr sayəsində immuniteti artırır və bədəni viruslara qarşı daha dayanıqlı edir. Foodinfo.az xəbər verir ki, Yaponiya Qida Araşdırmaları İnstitutunun tədqiqatçısı Dr. Hiroshi Watanabe “Japan Today” portalına açıqlamasında bildirib ki, turpun tərkibindəki C vitamini və izotiosiyanat adlı maddələr bakteriya və viruslara qarşı güclü təsirə malikdir.
Turpun təbii antibiotik təsiri var və xüsusilə soyuq aylarda gündəlik rasiona daxil edilməsi tövsiyə olunur. Dr. Watanabe qeyd edir ki, turp həmçinin qaraciyərin fəaliyyətini gücləndirir və həzmi sürətləndirir. Xüsusilə çiy formada salatlarda və ya təzə şirə kimi istifadə olunduqda daha effektiv nəticələr verir. Eyni zamanda, bu tərəvəz detoks təsirinə malikdir və orqanizmdə yığılan toksinlərin təmizlənməsinə kömək edir.