Bəzi məhsullar yaşa bağlı göz xəstəliklərinin inkişaf riskini azalda bilər, həmçinin görmənin pisləşməsinin qarşısını alır.

Foodinfo.az həmin məhsulların bəzilərini təqdim edir:

Balıq — antiinflamatuar və antioksidan xüsusiyyətlərə malik olan omeqa-3 yağ turşularını ehtiva edir.

Qoz-fındıq - tərkibində göz hüceyrələrini zədələnmədən qoruyan E vitamini var.

Lobya və paxlalılar göz sağlamlığını qorumaq üçün əla sink mənbəyidir.

Sitrus meyvələri yaşa bağlı görmə itkisi ilə mübarizə apara bilən zəngin C vitamini mənbəyidir.

Yaşıl yarpaqlı tərəvəzlər - tərkibində lutein, zeaksantin, A, C və K vitaminləri, həmçinin göz sağlamlığını dəstəkləyən antioksidantlar var.

Yerköküdə - olan A vitamini gecə görmə qabiliyyətini yaxşılaşdırmağa kömək edir.

Yumurtanın tərkibində gözlər üçün faydalı olan lutein və zeaksantin var və göz xəstəliklərinin inkişafını ləngidir.

Bolqar bibəri - antioksidantlar sayəsində hüceyrələrin zədələnməsindən qoruya və gözlərə qan axınını dəstəkləyə bilər.

Su — su balansın saxlanması və göz sağlamlığına müsbət təsir edir.