Badam həm ləzzətli, həm də bədən üçün əvəzolunmaz bir qidadır. Foodinfo.az bildirir ki, gündəlik bir ovuc badam ürək-damar sağlamlığını dəstəkləyir. E vitamini ilə zəngin olması dəriyə parlaqlıq və gənclik bəxş edir. Badamın tərkibindəki faydalı yağlar xolesterolu tənzimləyir.

Lifli quruluşu həzmi asanlaşdırır və toxluq hissi yaradır. Bu isə arıqlamaq istəyənlər üçün ideal seçimə çevrilir. Kalsium və maqneziumla zəngin olması sümük sağlamlığı üçün də vacibdir. Antiosidant təsiri ilə hüceyrələri qoruyur və xərçəng riskini azaldır.

Badam həmçinin şəkər səviyyəsini tənzimləməyə də yardım edir. Gündə 20-25 ədəd çiy və duzsuz şəkildə istifadə olunması tövsiyə olunur. Yatmazdan əvvəl yeyildikdə yuxu keyfiyyətinə də müsbət təsir edir. Uşaqlardan böyüklərə qədər hər yaş qrupu üçün faydalıdır.