Gündəlik çiyələk, qaragilə və qarpız istehlakı yaşlı nəsildə beyin fəaliyyətinə müsbət təsir göstərir. Bu meyvələr maddələr mübadiləsini və idrak funksiyasını yaxşılaşdırmağa kömək edir.
Terapevt Marqarita Koroleva bildirib ki, qaragilə göz və görmə üçün nəzərəçarpacaq faydaları ilə yanaşı, beyin fəaliyyətini də yaxşılaşdırır.
Qarpız, likopen sayəsində bədənimizdəki sərbəst radikallarla mübarizə aparır. Amma bu meyvə tez həzm olunan karbohidratdır. Ehtiyatla istifadə etmək olar. Məsələn, 2-ci tip diabet üçün, nahardan əvvəl qarpız yemək tövsiyə olunur və iki dilimdən çox olmamalıdır, diyetoloq Polina Koroleva xəbərdarlıq edib.