Limon C vitamini ilə zəngin bir meyvədir və bu xüsusiyyəti ilə immunitet sistemini dəstəkləyir. Dərinin sağlamlığına töhfə verən limon, tərkibindəki C vitamini ilə dərinin daha sağlam görünməsinə kömək edir. Bağırsaq sağlamlığı üçün də vacib bir qidadır. 

 Foodinfo.az xəbər verir ki, limonun tərkibində güclü antibakterial olan pektin lifi var. Bu lif həzm sisteminin düzgün işləməsinə kömək edir. Pektin lifi həzm sistemini dəstəkləyir və bağırsaq hərəkətini tənzimləyərək bağırsaq sağlamlığını yaxşılaşdırır. 

Limonun xüsusi bir gündəlik istehlak tövsiyəsi olmasa da, tərkibindəki yüksək C vitamini səbəbiylə gündəlik pəhrizə daxil edilməsi tövsiyə edilən bir meyvədir. Vitaminlə zəngin olan bu meyvə gündəlik C vitamini ehtiyacının böyük hissəsini qarşılayır.

Kimlər Limon İstifadəsinə Diqqətli Olmalıdır?

Reflüks və qastrit kimi həzm sistemi pozğunluğu olan şəxslər limonu turşu xüsusiyyətinə görə istehlak edərkən diqqətli olmalıdırlar. 

Limonun turşuluq xüsusiyyəti bəzi həzm pozğunluqlarına səbəb ola biləcəyi üçün bu cür sağlamlıq problemi olan insanların limon istehlakını məhdudlaşdırması və ya həkim məsləhəti ilə tənzimləməsi tövsiyə olunur. 

Hər qida kimi limonu da balanslı və orta səviyyədə istehlak etmək vacibdir.