Doktor, Piroqov Universitetinin biokimya və molekulyar biologiya kafedrasının assistenti Konstantin Merkel balıq yağının omeqa-3-ün ən yaxşı mənbəyi olduğunu bildirib. Foodinfo.az xəbər verir ki, Gazeta.Ru ilə söhbətində ekspert qeyd edib ki, balıq yağı kətan yağı, treska balığı və digər məhsullardan xeyli yaxşı mənimsənilir.

Ekspertin sözlərinə görə, E vitamini omeqa-3 yağ turşularının sorulmasını yaxşılaşdırır.

"Veganlar üçün yosun əlavələri alternativ ola bilər, çünki dəniz trofik (qida) zəncirlərinin başladığı yerdir" - deyə həkim bildirib.