Terapevt Denis Prokofyev kofenin düzgün istifadə olunmadıqda sağlamlıq üçün risk daşıdığını deyib.

Foodinfo.az xəbər verir ki, o, Sputnik Radiosuna açıqlamasında bu içkinin yüksək dərəcədə mədə-bağırsaq traktına toksik təsir göstərdiyini vurğulayıb. Xüsusilə mədə xorası və xroniki qastritdən əziyyət çəkən şəxslərin kofedən uzaq durması tövsiyə olunur.

Həkimin sözlərinə görə, kofe ürək-damar xəstəlikləri olan insanlar üçün də təhlükəli ola bilər, çünki o, damarların daralmasına səbəb olaraq qan dövranına mənfi təsir göstərir.

Prokofyev əlavə edib ki, keyfiyyətli kofe seçimi də önəmlidir — içki mütləq təzə çəkilmiş və düzgün hazırlanmış olmalıdır. Həddindən artıq kofe istifadəsi isə orqanizmdə əlavə stress və narahatlığa yol aça bilər.

Mütəxəssis bildirib ki, bu içkinin gündəlik miqdarı və qəbul vaxtı da fərdi sağlamlıq vəziyyətinə uyğun tənzimlənməlidir.