Dietoloq Olqa Malyarova bütün faydalarına baxmayaraq, pendirin tez-tez istehlakı barədə xəbərdarlıq edib.
Foodinfo.az-ın xəbərinə görə, lent.az xarici KİV-ə istinadən xəbər verir ki, onun sözlərinə görə, toxluq hissi verən və orqanizmi bir çox vitaminlərlə təmin edən pendiri məhdud miqdarda yemək daha yaxşıdır.
O izah edib ki, bəzi pendirlər çox miqdarda doymuş turşulara görə iltihaba, məsələn, artritə səbəb ola bilər. Bu, pendirin Camembert və Gouda kimi növlərinə aiddir. Həmçinin, belə pendir pis xolesterinin səviyyəsini və nəticədə insult, infarkt riskini artırır.
Çox duzlu pendirlərin həddindən artıq istehlakı hipertoniyaya səbəb olur. Üstəlik, pendir qaraciyərin fəaliyyətinə mənfi təsir göstərə bilər. Və Malyarova hamilə qadınlar üçün yumşaq və mavi pendirləri tamamilə qadağan edib.
Dietoloq gündə məhsulun təhlükəsiz miqdarını da açıqlayıb. O bildirib ki, gün ərzində 50-60 q-dan çox pendir istehlak etməz olmaz.