"Heyvanların identifikasiyası və qeydiyyatı sistemi (HİQS) ilə bağlı işçi qrupu yaradılıb, Dünya Bankı ilə sistemin proqram təminatının texniki tapşırığı hazırlanıb və satınalma prosesinə başlanılıb". Foodinfo.az xəbər verir ki, bunu Agentliyin sədri Qoşqar Təhməzli deyib.
Onun sözlərinə görə, növbəti mərhələdə sistemin mərhələli şəkildə yaradılması üçün Bakı və Sumqayıt şəhərləri və Abşeron rayonu pilot region kimi seçilməsi, burada iri və xırdabuynuzlu heyvanların və atların identikləşdirilməsini və heyvandarlıq məhsullarının istehsalı və emalını həyata keçirən müəssisələrin qeydiyyatının aparılması nəzərdə tutulub.
Sədr bildirib ki, pilot regionda 55 455 baş iri, 145 305 baş xırdabuynuzlu heyvan və 409 baş at var: "Bu il həmin heyvanların identikləşdirilərək qeydiyyatının aparılması nəzərdə tutulub".