Arterial təzyiqi yüksək olan insanlar üçün düzgün qidalanma həyati əhəmiyyət daşıyır. Foodinfo.az bildirir ki, bu barədə Piroqov Universitetinin dosenti Dmitri Karpenko Gazeta.Ru-ya danışıb. Həkim bildirib ki, hipertoniya damar divarlarının zədələnməsinə və həyati orqanların sıradan çıxmasına səbəb ola bilər. Onun sözlərinə görə, bəzi məhsullar bu problemin qarşısını almaqda mühüm rol oynayır.

Karpenko yağlı dəniz balıqlarının xüsusilə faydalı olduğunu qeyd edib. Skumbriya, siyənək və qızılbalıq omeqa-3 yağ turşuları ilə zəngindir və damarların elastikliyini qoruyur. Həkim həftədə ən azı 2-3 dəfə balıq yeməyi tövsiyə edir.

Paxlalılar — lobya, mərcimək və noxud da hipertoniyaya qarşı effektivdir. Onlar zülal və liflə zəngin olub, qan dövranını və maddələr mübadiləsini tənzimləyir. Karpenko bildirib ki, tərkibində 70% kakao olan tünd şokolad da damar sağlamlığı üçün faydalıdır.

Flavonoidlər və antioksidantlarla zəngin bu şokolad stresin azalmasına və qan damarlarının genişlənməsinə kömək edir. Ekspert gündə 20-30 qram tünd şokolad qəbul etməyi məsləhət görüb.

Mənbə: Gazeta.Ru