MyGenetics-də genetik və bioinformatik Alina Levina sağlamlığı dəstəkləyən zəruri vitaminləri sadalayıb.

Foodinfo.az xəbər verir ki, mütəxəssis kp.ru saytına müsahibəsində bildirib ki, payız-qış aylarında günəş işığının olmaması və isti mövsümdə meyvə-tərəvəzlə təmin olunan vitaminlərin miqdarının azalması ilə immunitet azalır.

Mütəxəssis onu gücləndirmək üçün pəhrizə beyin funksiyasını dəstəkləyən, dərinin möhkəmliyini və elastikliyini təmin edən Omeqa-3 yağ turşuları, sümüklər və endokrin sistem üçün D vitamini, dərinin sağlam olmasını təmin edən C vitamini və qan damarları və stresslə mübarizə üçün sink, həmçinin enerji və yaxşı əhval-ruhiyyə üçün B12 vitamini istifadə etməyi məsləhət görüb.

Leyla