Azərbaycanın işğaldan azad edilmiş ərazilərində 56,266 min ton meyvə və giləmeyvə istehsal olunub.

Bu barədə Foodinfo.az Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərdə meyvə və giləmeyvələrin sayı illik müqayisədə 5,6 % çoxdur. 

İşğaldan azad edilmiş ərazilərdəki meyvə və giləmeyvələrin istehsalının 97,7 %-i və ya 54,971 min tonu Qarabağ iqtisadi rayonunda, 2,3 %-i və ya 1,295 min tonu isə Şərqi Zəngəzur iqtisadi rayonda istehsal edilib. 2022-ci ildə Qarabağ iqtisadi rayonunda meyvə və giləmeyvə istehsalı 5,8% artıb, Şərqi Zəngəzur iqtisadi rayonunda istehsalı isə 1,2 % azalıb.