Kahı həm ləzzətli, həm də sağlamlıq baxımından çox dəyərli yarpaqlı tərəvəzlərdən biridir. Su miqdarı yüksək, kalorisi az, vitamin və minerallarla zəngin olduğu üçün xüsusilə pəhriz saxlayanlar və sağlam qidalanmaq istəyənlər üçün ideal seçimdir.

Foodinfo.az kahının başlıca faydalarını təqdim edir:

1. Orqanizmi təmizləyir. Kahı su və lif baxımından zəngindir. Bu xüsusiyyətləri sayəsində bağırsaqları təmizləyir, toksinlərin atılmasına kömək edir.

2. Arıqlamağa kömək edir. Pəhriz zamanı rahatlıqla istifadə oluna bilər.

3. Həzm sistemini dəstəkləyir. Lifli tərkibi sayəsində bağırsaq hərəkətlərini tənzimləyir və qəbizliyin qarşısını alır.

4. Sinir sistemini sakitləşdirir. Kahının tərkibində sinir sisteminə sakitləşdirici təsir göstərən maddələr var. Axşam saatlarında yeyildikdə rahat yatmağa kömək edir.

5. Göz sağlamlığına faydalıdır. A vitamini və beta-karotenlə zəngin olduğu üçün gözləri qoruyur, gecə görməni dəstəkləyir.

6. Dərinin və saçların sağlamlığına töhfə verir. Antioksidantlarla zəngin olduğu üçün dərinin təmiz qalmasına, saçların isə daha sağlam uzanmasına şərait yaradır.

7. Qan təzyiqini tənzimləyə bilər. Kaliumla zəngin olduğu üçün yüksək təzyiqin düşürülməsinə kömək edir.

Kahını yeməzdən əvvəl yaxşıca yumaq lazımdır. Çünki üzərində torpaq, pestisid və ya mikroorqanizmlər qala bilər.