Qaragilə (yaban mersini) antosiyanin adlı güclü antioksidantlarla gözün tor qişasını qoruyur. Foodinfo.az xəbər verir ki, Yaponiya Milli Göz Tədqiqat Mərkəzinin oftalmoloqu Dr. Hiroshi Nakamura qaragilənin xüsusilə gecə görmə qabiliyyətini artırdığını və göz yorğunluğunu azaltdığını bildirib.

O qeyd edir ki, bu meyvədəki aktiv maddələr göz damarlarının elastikliyini qoruyaraq qlaukoma və katarakta riskini azaldır. Qaragilə həmçinin A, C və E vitaminləri ilə zəngindir ki, bu da görmə qabiliyyətinin yaşla əlaqəli zəifləməsinin qarşısını almağa yardım edir. Dr. Nakamura qaragilənin xüsusilə ekran qarşısında uzun müddət işləyən insanlar üçün gündəlik qidalanmaya daxil edilməsini tövsiyə edir.

Təbii şəkildə istehlak edilməsi daha təsirli sayılır. Eyni zamanda qaragilə beyin funksiyalarını da dəstəkləyir, yaddaşı gücləndirir. Gündə bir ovuc qaragilə yemək göz və beyin sağlamlığını qorumaqda önəmli rol oynayır. Bu məhsul həm təzə, həm də dondurulmuş halda faydalı qalır. Uşaqlar və yaşlılar üçün xüsusilə faydalı olduğu vurğulanır.