
İtburnu çayı tərkibindəki yüksək C vitamini ilə dəmirin orqanizmə sorulmasını artırır. Foodinfo.az xəbər verir ki, Almaniyanın Hamburq Universitetindən dietoloq Dr. Sabine Roth bu çayın xüsusilə anemiya və zəif immunitet problemi yaşayanlar üçün faydalı olduğunu qeyd edib.
O bildirir ki, C vitamini həm də bədəndə kolagen istehsalını artırır, bu da dərinin elastikliyini qorumağa kömək edir. İtburnu çayı antioksidant və antiinflamatuar təsiri ilə oynaq ağrılarını da azaldır.
Eyni zamanda bağırsaq fəaliyyətini tənzimləyir və orqanizmi viruslardan qoruyur. Gündə 1-2 fincan dəmlənmiş itburnu çayı enerjini artırır və bədəni iltihablardan təmizləyir. Dr. Roth qeyd edir ki, çay mümkün qədər təbii qurudulmuş meyvədən hazırlanmalı, şəkərsiz içilməlidir.
Qadınlarda aybaşı dövründə ağrıları azaltmağa da yardımçı olur. Tərkibindəki flavonoidlər damar sistemini gücləndirir. Xüsusilə payız-qış aylarında orqanizmin müqavimətini artırır.