Kəsilmiş yemiş soyuducuda 2-3 gün ərzində təzə və təhlükəsiz şəkildə saxlanıla bilər. Lakin bu müddət ərzində düzgün şəraitdə qorunması vacibdir.

Foodinfo.az yemişin saxlama qaydalarını təqdim edir:

– Ağzı bağlı qabda və ya streçlə örtülmüş halda saxlayın.

– Soyuducunun ən soyuq hissəsində yerləşdirin (təxmini +2°C ilə +4°C arasında).

– Digər qidalardan uzaqda saxlayın, çünki kəsilmiş yemiş digər qidaların qoxusunu asanlıqla çəkir.

Yemişin üzərində selikli təbəqə, qoxuda dəyişiklik və ya turş dad hiss edirsinizsə, artıq xarab olub deməkdir, istifadə etməyin.

Əgər yemiş otaq temperaturunda saxlanılıbsa, 2 saatdan sonra zəhərlənmə riski artır.

Beləliklə, soyuducuda 2-3 gün ərzində yemişi rahatlıqla istifadə edə bilərsiniz, amma dad və qoxusunu hər istifadədən əvvəl yoxlamaq vacibdir.