Kinoa toxumu yüksək qidalandırıcı dəyəri ilə sağlam qidalanmada mühüm yer tutan super qidalardan biridir. Foodinfo.az xəbər verir ki, o, tərkibindəki tam zülal profili ilə diqqət çəkir, yəni bütün əsas amin turşularını ehtiva edir. Bu, kinoanı vegeterian və ya vegan qidalananlar üçün əla protein mənbəyinə çevirir.
Bu qida həmçinin lif, dəmir, maqnezium, fosfor və B vitaminləri ilə zəngindir. Lif tərkibi həzmi yaxşılaşdırır, toxluq hissi yaradır və çəki idarəsinə kömək edir. Maqnezium və antioksidantlar ürək sağlamlığını dəstəkləyir, dəmir isə qan dövranını yaxşılaşdırır.
Qlütensiz olduğu üçün qlütenə həssaslığı olan şəxslər üçün uyğundur. Kinoanı salatlarda, şorbalar və ya əsas yeməklərdə istifadə etmək mümkündür.
Hər gün balanslı miqdarda istehlak edilməsi sağlam həyat tərzi üçün tövsiyə olunur.