Makaron düzgün hazırlanıb balanslı şəkildə istehlak edildikdə faydalı ola bilər. Foodinfo.az xəbər verir ki, tərkibindəki karbohidratlar bədən üçün enerji mənbəyidir.
Tam taxıllı makaronlar isə daha çox lif ehtiva edir, bu da həzm sistemini yaxşılaşdırır və uzun müddət toxluq hissi yaradır.
Makaronun faydalı olması üçün onu çox bişirmədən hazırlamaq tövsiyə olunur. Həmçinin kalori və yağ miqdarını azaltmaq üçün kremli və ya çox yağlı souslar əvəzinə tərəvəz, pomidor sousu və ya az yağlı proteinlərlə birlikdə istehlak etmək daha sağlam seçimdir.
Düzgün porsiya ilə istifadə edildikdə makaron sağlam qidalanmanın bir hissəsi ola bilər.