Omlet hazırlamaq üçün 2-3 yumurta, bir çimdik duz, istiot və zövqə görə əlavə ərzaqlar (pendir, tərəvəz və ya ət məhsulları) lazımdır. 

Foodinfo.az xəbər verir ki, yumurtaları dərin bir qabda çırpıb duz və istiot əlavə edin. Əgər tərəvəz və ya digər ərzaqlar istifadə ediləcəksə, onları xırda-xırda doğrayın. Tavaya bir az kərə yağı və ya zeytun yağı əlavə edib qızdırın. Yumurtanı tavaya töküb orta odda bişirin. Zövqə görə üzərinə pendir, göyərti və ya hazırladığınız digər ərzaqları əlavə edin. 

Omletin altı bişdikdən sonra o biri üzünü də dəçevirib bir neçə dəqiqə daha bişirin və isti şəkildə süfrəyə verin.