ABŞ-ın Los-Anceles şəhərində bir məhkəmə, qəhvəxana şəbəkəsi "Starbucks" daxil üç qəhvə şirkətinə, məhsullarının üzərində "xərçəng xəbərdarlığı" yazması lazım olduğuna hökm edib.
Qərarla bağlı danışan məhkəmənin hakimi Elihu Berle, bu şirkətlərin, qəhvənin qızardılması mərhələsində yaranan kimyəvi maddələrin insan sağlamlığına təhlükə yaratmadığını sübut etmədiyini deyib.
"Starbucks" və digər şirkətlərin 10 Aprel tarixinə qədər şikayət vermək şansı var. Məhkəmənin qərarı Kaliforniya ştatı sərhədləri daxilində etibarlı olacaq.
Məhkəmə, Zəhərli Maddələr Təhsil və Araşdırma Şurasının təşəbbüsü ilə başlayıb.
Şura, "Starbucks" və digər şirkətlərin, istehlakçıları, işlətdikləri kafedə yüksək miqdarda akrilamid olduğuna dair xəbərdar etmələri lazım olduğunu müdafiə edir.
Ərzaqlara yüksək temperatur tətbiqi nəticəsində ortaya çıxan Akrilamid xərçəng yaradan bir birləşmədir. (Marja.az)
Son xəbərlər
- Ürək-damar xəstələri necə yeməlidir?
- Qışda artıq çəki almamağın yolları
- Yüksək keyfiyyətli yarımfabrikatları necə seçək?
- Gündə iki fincandan çox qəhvə içmək tövsiyə olunmur
- Bananın uzun müddət qalmasını və qaralmamasını necə etmək olar?
- İdmançılara xiyar turşusunun suyunu içmək niyə faydalıdır?