Diyetoloq Elena Solomatina Life.ru-ya bildirib ki, mikotoksinlər əsasən korlanmış giləmeyvələrdə, xüsusilə çiyələk, albalı, gilas və digər yumşaq giləmeyvələrdə əmələ gəlir. Foodinfo.az bildirir ki, bu meyvələr tez şirə buraxır, islanır və çürüməyə başlayır. Oxşar hallar alma kimi digər meyvələrdə də müşahidə olunur.

Solomatina qeyd edib ki, çürük yalnız meyvənin bir hissəsində görünə bilər, lakin bu, aysberqin yalnız üzə çıxan hissəsidir. Göbələk zəhərli mikotoksinləri — aflatoksinləri — bütün məhsulun içərisinə yayır. Buna görə də, kənardan normal görünən məhsul da təhlükəli ola bilər.

Ekspertin sözlərinə görə, mikotoksinlər istiliklə və ya yuyulma ilə məhv edilmir və orqanizmə daxil olduqda əsasən qaraciyərə zərər verir.

Solomatina əlavə edib ki, belə məhsulların sistematik istehlakı, xüsusilə də sadəcə görünən çürükləri kəsib yemək sağlamlıq üçün ciddi risklər yaradır.