İqlimin dəyişməsi, temperaturun kəskin qalxması dünyanın bir sıra regionlarında quraqlığa gətirib çıxara bilər. Bunu Azərbaycanın Ekoloji Proqnozlaşdırma Mərkəzinin prezidenti Telman Zeynalov deyib. Onun sözlərinə görə, qışda qarın azalması torpaqda içməli suyun defisitinə, həmçinin külək eroziyasına səbəb ola bilər. “Torpağın rütubətliliyi 30-40%-ə qədər aşağı düşüb, bu isə məhsuldarlıq üçün kifayət deyil. Bu, müəyyən ərzaq probleminə zəmin yarada bilər”, - ekoloq bildirib. Qeyd edək ki, yaz quraqlığı erkən toxum becərilməsi üçün xüsusən təhlükəlidir. Quraqlıq iqtisadiyyata, yoxsulluğun səviyyəsinə və qidalanmaya ciddi təsir göstərir. (Oxu.az)