
Qida mütəxəssisləri kokos suyunu həm təbii “elektrolit içkisi”, həm də orqanizm üçün faydalı vitamin-mineral mənbəyi kimi qiymətləndirir. Yay aylarında bədəni sərinlədən bu içkinin sağlamlığa bir çox müsbət təsirləri var.
Foodinfo.az kokos suyunun 6 faydasını təqdim edir:
1. Orqanizmi nəmləndirir
Tərkibində kalium və maqnezium kimi elektrolitlər olduğuna görə susuzluğun qarşısını alır.
2. Qan təzyiqini tarazlayır
Kaliumla zəngin olduğu üçün yüksək təzyiqi normallaşdırmağa kömək edir.
3. Həzmi asanlaşdırır
Təbii fermentlər mədə-bağırsaq sistemini dəstəkləyir.
4. Xolesterolu azaldır
Qan dövranını yaxşılaşdırır, damar sağlamlığına müsbət təsir göstərir.
5. İmmuniteti gücləndirir
Antioksidantlar bədəni infeksiyalardan qoruyur.
6. Arıqlamaya kömək edir
Aşağı kalorili və yağsız içki olduğundan pəhrizdə ideal seçim sayılır.
Mütəxəssislər xəbərdarlıq edir ki, kokos suyunu təbii formada, əlavə şəkərsiz qəbul etmək ən faydalı nəticəni verir.