Şəkərin nəzarətsiz istehlakı uşaqlarda ciddi xəstəliklərin inkişafına səbəb ola bilər. Foodinfo.az bildirir ki, həkimlər bütün şəkər tərkibli məhsulları bir kateqoriyaya birləşdirməyi və sonra zərif şəkər kublarında şəkərin miqdarını təyin etməyi məsləhət görür.

“Bilmək lazımdır ki, 2 yaşa qədər olan uşaqlar üçün şəkəri ümumiyyətlə qəbul etməmək daha yaxşıdır, 4-6 yaş arası uşaqlar üçün gündə 5 kubdan (1 kub təmiz şəkər = 4 qram) 7-10 yaş üçün 6, 10-18 yaş arasıdında isə, 7-dən çox istehlak etmək tövsiyə olunmur.

Bundan əlavə, məhsul almazdan əvvəl onun tərkibi ilə tanış olmaq vacibdir. Belə ki, inqrediyentlər siyahısında “şəkər” sözü nə qədər yüksəkdirsə, qidada şəkərin faizi bir o qədər yüksəkdir.

Şirniyyatları həddən artıq yeyən uşaqlarda piylənmə, diş çürüməsi və 2-ci tip diabet inkişaf riski artır.

Nurlan