Qarabaşaq yarmasının bəzi qidalarla birləşməsi sağlamlığa zərər verə bilər.

Foodinfo.az xəbər verir ki, bu barədə toksikoloq, professor Mixail Kutuşov Telegram kanalında xəbərdarlıq edib.

Həkimin dediyi kimi, qarabaşaq yarması qanı qatılaşdıran qidadır.

Əgər tromboza meyllisinizsə, qarabaşaq yarmasını yağlı, hisə verilmiş ət, konservlər  və spirtli içkilər ilə qəbul etmək qadağandır.

Yuxarıda göstərilənlərin hamısı qan qatılaşdıran məhsullara da aiddir. Bu siyahıda banan, kartof və şəkər də var.

Fərid