Yay aylarında su balansını qorumaq xüsusilə vacibdir və bəzi meyvə-giləmeyvələr bunu sadə sudan da yaxşı bacarır. Diplomlu dietoloq Conatan Pörtell bu məhsulların yalnız susuzluğun qarşısını almadığını, həm də orqanizmi vitamin, mineral və liflə zənginləşdirdiyini deyib.

Foodinfo.az xəbər verir ki, mütəxəssis yay mövsümündə orqanizmi nəmləndirən ən faydalı 10 meyvə və giləmeyvəni belə sıralayıb:

Xiyar (96% su) – K vitamini, kalium və antioksidantlarla zəngindir.

Pomidor (94%) – likopin, maqnezium, A və C vitaminləri ilə orqanizm üçün faydalıdır.

Qarpız (92%) – tərkibində likopin və qan dövranını yaxşılaşdıran sitrullin var.

Çiyələk (92%) – aşağı qlikemik indeksi və yüksək C vitamini ilə seçilir.

Qreyfrut (90%) – güclü C vitamini mənbəyidir, lakin bəzi dərmanlarla qarşılıqlı təsir göstərə bilər.

Qovun (90%) – beta-karotin və liflə zəngindir.

Şaftalı (88%) – A, C vitaminləri və kalium ehtiva edir.

Zoğal (87%) – sidik yolları infeksiyalarının qarşısının alınmasında faydalıdır.

Ananas (87%) – həzmi yaxşılaşdıran bromelain fermentini özündə cəmləyir.

Moruq (87%) – antioksidantlar və C vitamini ilə zəngindir.

Dietoloq qeyd edib ki, bu məhsullar təkcə bədəni maye ilə təmin etmir, həm də elektrolitləri və faydalı maddələri bərpa edir ki, bu da isti yay günlərində xüsusilə önəmlidir.

Düzgün seçilmiş meyvə və giləmeyvələr həm susuzluğun qarşısını alır, həm də sağlamlığı dəstəkləyir.