Qış mövsümündə daha çox ağır yeməklər və vitamin çatışmazlığı səbəbilə bədən yorğunlaşır. Mütəxəssislər isə orqanizmi təmizləyən, həm də maddələr mübadiləsini aktivləşdirən limon–cəfəri reseptinin sağlamlığa faydalarını vurğulayır.

Foodinfo.az xəbər verir ki, tərkibindəki yüksək C vitamini, antioksidantlar və təbii detoks təsiri sayəsində bu qarışım qısa müddətdə bədənə yüngüllük bəxş edir.

Limon bədəndə toksinlərin xaric olunmasını sürətləndirir, cəfəri isə böyrəklərin fəaliyyətini gücləndirir. Bu iki məhsul birlikdə həzmi yaxşılaşdırır və şişkinlik hissini aradan qaldırmağa kömək edir.

Cəfəri və limon birgə qəbul edildikdə orqanizmi infeksiyalara qarşı daha güclü edir. Bu qarışım xüsusilə qış aylarında immun sistemi üçün təbii müdafiə vasitəsi hesab olunur.

Limon–cəfəri qarışımı maddələr mübadiləsini sürətləndirərək bədənin yağ yandırma prosesini dəstəkləyir. Buna görə də səhərlər acqarına istifadə edilməsi geniş yayılıb.

Cəfəri xırda doğranır, üzərinə limon sıxılır və ilıq su ilə qarışdırılır. Bu qarışımı daha çox səhər acqarına içmək tövsiyə edilir.

Qarışım sağlam və balanslı qidalanma ilə yanaşı istifadə edildikdə bədənə həm enerji verir, həm də təbii detoks prosesini gücləndirir.