Sirkələr adətən salat və yeməkləri dadlandırmaq məqsədilə istifadə edilir. Müxtəlif meyvələrdən ibarət olan sirkələr mövcuddur. Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, ən çox tərkibində asid olan üzüm, alma kimi meyvələrdən hazırlanır. Ancaq mütəxəssislər sirkənin tək içildiyi zaman bəzi xəstəliklərin qarşısını almaq baxımından daha uyğun olduğunu tövsiyə edirlər. Alma sirkəsi xüsusilə anti bakterialdır. Bu isə bir sıra xəstəliklərin yaranmasının qarşısını alır. Bəs əsas faydaları nədir? Üzdə mövcud olan ləkələrin, çürüklərin və sızanaqların yaxşılaşmasını təmin edir. Həzm prosesini tənzimləyir. Qaraciyəri təmizləyir. Həşərat dişləmələri zamanı istifadə edilir. Baş ağrısını rahatlaşdırır Yorğun və ağrıyan ayaqları dincəldir. Öskürək və boğaz ağrılarını aparır. Mədə bulantısında və mədə həzmində köməkçi olur. Sirkələrdən həmçinin ev təmizliyi zamanı da istifadə edilə bilər. Həmçinin qidaları sirkəli suda saxlamaqla bütün mikroblarını öldürə bilərsiniz. (hekimtap.az)