Bəzi insanlar məhz yay fəslini alça mövsümü olduğu üçün daha çox sevirlər. Ləzzətlə yediyiniz sarı alçanın həmçinin insan orqanizminə təsiri çoxdur. Təqdim edəcəyimiz faydaları oxuduqdan sonra sözügedən meyvəni daha çox yeyəcəksiniz.
İlk olaraq lif ilə zəngindir.
Foodinfo.az hekimtap.az saytına istinadla xəbər verir ki, təbii antioksidandır. Bədəndən zərərli toksinləri atır.
C vitamin ilə zəngindir. Müxtəlif xəstəliklərə qarşı qoruyur.
Təxminən 100 qramında 45 kkalori var. Sarı ərik isə pəhriz edənlərin əsas meyvəsidir.
Hər gün bir ovuc yesəniz, gündəlik vitamin ehtiyacını qarşılamış olarsınız.
Tərkibindəki maqnezium mineralı həzmi artıraraq sümüklərin qorunmasında əsas rol oynayır.
Dəmir əksikliyinə qarşı qoruyucu vasitə kimi istifadə edə bilərsiniz.
Uşaqların inkişafında mühüm əhəmiyyəti mövcuddur. (Hekimtap.az)