Payız fəslində qidalanmaya xüsusi diqqət yetirliməlidir, çünki düzgün rasion immuniteti gücləndirərək xəstəlik riskini minimuma endirir. Soyuqdəymələr dövründə mövsümi məhsullara üstünlük vermək daha yaxşıdır, şəkərdən isə çəkinmək lazımdır.

Foodinfo.az xəbər verir ki, bu barədə diyetoloq Yevvgeniya Belyuqa danışıb.

"Pomidor və xiyarı tərkibində lif, C, A vitaminləri, fol turşusu və kalium çox olan balqabaqla, yaxud kabakla əvəz etmək olar. Kabak B qrupundan olan vitaminlər, askorbin turşusu, A və E vitaminləri, dəmir, maqnezium və sink ilə zəngindir", - deyə mütəxəssis bildirib.

Onun sözlərinə görə, şirniyyat sevənlər risk altındadırlar, çünki şəkər çəki artımına səbəb olmaqla yanaşı, həm də immun sistemini zəiflədir. Bundan əlavə, 2-ci tip diabetin yaranma ehtimalı artır. Bu vəziyyətdə mövsümi xəstəliklər zamanı viruslara qarşı müqavimət göstərmək daha çətin olur.

İsti içki qəbulunu da tənzimləmək məsləhətdir. Belə ki, qəhvəni bitki çayı ilə əvəz etmək lazımdır. Dadlandırmaq üçün diyetoloq limon və ya giləmeyvə əlavə etməyi məsləhət görür. Onların tərkibindəki vitaminlər orqanizmin xəstəliklərə qarşı müqavimətini artıracaq.

Leyla