Deyirlər ki, oynaqlarda problem varsa, pomidor yeməsən yaxşıdır. Nə əlaqəsi var?

Foodinfo.az xəbər verir ki, dietoloq İrina Mansurova pomidorda sümüklərin və oynaqların vəziyyətinə mənfi təsir göstərən oksalat turşusu  olduğunu deyib. Həkim bildirib ki, oksalat turşusu qığırdaq toxumasını məhv edə və oynaqların elastikliyini bərpa etməyə kömək edən sağlam yağların udulmasını poza bilər.

Kiçik pomidor sortlarında oksalat turşusu azdır. Həmçinin, oynaq problemi olan insanlar soğan, çuğundur, kartof və ispanaqdan uzaq durmalıdırlar.

Nurlan