Qanı toksinlərdən, yağ qalıqlarından detoksikasiya etmək üçün bəzi qidaları yemək lazımdır.

Foodinfo.az “Medicinaa istinadən həmin siyahını təqdim edir:

Limon – C vitamini ilə zəngindir, sərbəst radikalları zərərsizləşdirir. Turşu və qələvi mühiti balanslaşdırır. Qana faydalıdır.

Zəncəfil – antioksidant təsiri edir, qanı gücləndirir

Sarımsaq – antibakterial, antibiotik təsirlidir. Həm ödü, həm qaraciyəri, həm qanı təmizləyir. Çiy halda əzib yemək məsləhətdir.

Ənginar – qaraciyəri və qanı yağlardan təmizləyir, qaraciyərin qanı filtr etmək qabiliyyətini artırır.

Çuğundur – Betain tərkibli olduğu üçün qanı saflaşdırır, qaraciyəri təmizləyir.

Kələm – bütün kələm növləri qanı və qaraciyəri zərərli maddələrdən təmizləyir.

Bunlardan yaxşı bir salat düzəldib yeyə bilərsiz.