Dietoloq, qastroenteroloq, terapevt Aleksandra Razarenova qarpız seçimi ilə bağlı tövsiyələr verib.
“Yetişmiş qarpız döyüldükdə küt səs çıxarmalıdır. Əgər səs cingildəyirsə, bu, meyvənin hələ yetərincə yetişmədiyini göstərə bilər”, - deyə ekspert “Sputnik” radiosuna müsahibəsində bildirib.
Mütəxəssisin fikrincə, meyvə ölçüsünə görə ağır, nə çox sərt, nə də çox yumşaq olmalıdır.
"Saplağa diqqət yetirin: əgər o, yaşıl və suludursa, qarpız çox erkən yığılıb", - ekspert əlavə edib.