"Ötən ilin sentyabrın 22-də Balaxanı Sənaye Parkının açılışı olub. İlkin mərhələdə Parkda işlənmiş mühərrik yağlarının emalı, plastik (PET) butulkaların təkrar emalından plastik qırıntıların istehsalı, tullantı kağızlardan istifadə etməklə çap-poliqrafiya məhsulları istehsalı, tullantı-plastik məmulatların təkrar emalı nəticəsində müxtəlif plastik qablaşdırma məhsullarının istehsalı, süngər tullantılarının təkrar emalı və mebel istehsalı ilə məşğul olan 5 rezident fəaliyyət göstərir".
Bunu Təmiz Şəhər” ASC-nin İdarə Heyətinin sədri Etibar Abbasov deyib.
O bildirib ki, növbəti mərhələdə fəaliyyət göstərmək üçün polietilen və polipropilen tullantılarının təkrar emalı, polietilen tullantılarının təkrar emalından yapışqan lent (skoç) istehsalı, qida yağlarının təkrar emalı nəticəsində biodizel üçün xammalın istehsalı, taxta tullantıların emalından kömür (aktiv kömür) istehsalı, qida tullantılarından gübrə və yem istehsalı, plastik tullantıların emalı nəticəsində inşaatda istifadə olunan plastik tor istehsalı, kağız tullantılarından meyvə-tərəvəz üçün qablaşdırma məmulatları istehsalı sahələri üzrə daha 6 sahibkar rezident statusu əldə edib və yaxın zamanlarda fəaliyyətə başlayacaq.
E.Abbasov qeyd edib ki, rezidentlər tərəfindən Balaxanı Sənaye Parkına ümumilikdə 32 mln. manat məbləğində invertisiyanın yatırılacağı gözlənilir. (Report)