Dietoloq Yekaterina Şebedya qırmızı çayın faydalı xüsusiyyətlərindən danışıb. “Çaydakı antioksidantlar müxtəlif xəstəliklərin riskini azaltmağa kömək edə bilər”, o, URA.RU- ya müsahibəsində deyib.

Foodinfo.az bildirir ki, onun sözlərinə görə, belə xəstəliklərə ürək-damar xəstəlikləri və 2-ci tip şəkərli diabet daxildir.

Bundan əlavə, qırmızı çayda vitaminlər və minerallar, həmçinin kofein və polifenolik birləşmələr var.