Dünya idman təbabətində aparılan son sınaqlar qırmızı çuğundur şirəsinin fiziki dözümlülüyü 15 faizə qədər artırdığını ortaya qoyub. Çuğundurun tərkibindəki təbii nitratlar bədəndə azot oksidə çevrilərək qan damarlarını genişləndirir və toxumalara oksigen axınını sürətləndirir. Foodinfo.az "Daily Mail" nəşrinə istinadla xəbər verir ki, bu tərəvəz yüksək qan təzyiqini bir neçə saat ərzində aşağı salmaq gücünə malikdir.

Qırmızı çuğundur həm də qaraciyərin ən yaxşı dostu sayılır, çünki onun tərkibindəki "betain" maddəsi yağların qaraciyərdə toplanmasının qarşısını alır. Bu tərəvəz qanı təmizləyir, hemoqlobinin səviyyəsini artırır və anemiya ilə mübarizədə möcüzələr yaradır. Çuğundurun tərkibindəki liflər isə bağırsaq traktının işini mükəmməl şəkildə tənzimləyir.

Mütəxəssislər çuğunduru həm çiy, həm də buxarda bişmiş halda salatlara əlavə etməyi tövsiyə edirlər. Onun şirəsini alma və ya kök şirəsi ilə qarışdırıb içmək immuniteti "partlayış" dərəcəsində gücləndirir. Bu tərəvəz həm də beyin qan dövranını yaxşılaşdıraraq zehni yorğunluğu sürətlə aradan qaldırır.

Yeni elmi nəticələr çuğundurun həm də iltihab əleyhinə güclü təsirini və hüceyrə regenerasiyasını sürətləndirdiyini təsdiqləyir. O, dərinin rəngini yaxşılaşdırır və bədənə təbii bir enerji bəxş edir. Sağlam damarlar və yüksək fiziki performans üçün qırmızı çuğundur rasionda mütləq yer almalıdır.