Pəhrizdə çoxlu qırmızı ət embrion inkişafı üçün pis ola bilər və hamiləlik şansını azalda bilər. Fooinfo.az xəbər verir ki, bu barədə Gazeta.ru-ya reproduktoloq Yuliya Koloda məlumat verib.

Koloda bildirib ki, böyük miqdarda karbohidratların istehlakı, köməkçi reproduktiv texnologiya proqramları zamanı stimullaşdırmaya zəif yumurtalıq reaksiyası ilə müşayiət oluna bilər.

O, həmçinin soya yeməkdə diqqətli olmağı tövsiyə edib. Bildirib ki, bu da konsepsiya şansını azalda bilər. Ancaq vitaminlər, taxıllar, süd və tərəvəzlərlə zəngin qidalar hamiləlik ehtimalını artıra bilər. Aşağı karbohidratlı pəhriz də yumurtanın miqdarına və keyfiyyətinə müsbət təsir göstərir.