Siz düşünə bilərsiniz ki, qlüten pəhrizi sağlam həyat və arıqlamaq üçün vacibdir. Bununla belə, qlütensiz pəhriz qan şəkərinizdə balanssızlığa səbəb ola bilər və ya immunitet sisteminizi zəiflədə bilər.
Bir çox insan qlütenə qarşı həssas ola bilər. Bəs tibbi ehtiyac olmadan qlüteni həyatınızdan çıxararaq arıqlamağa çalışmaq sağlıqlıdırmı?
Foodinfo.az qlütendən imtina olunan zaman yaşaya biləcəyiniz dəyişiklikləri təqdim edir:
1- Əzələlərin inkişafına mənfi təsir edir
Qlütensiz bir diyetə əməl etsəniz, kifayət qədər zülal qəbul etmədiyiniz üçün əzələ itkisi ilə qarşılaşa bilərsiniz.
2- Qəbizlik yaşaya bilərsiniz
Tam buğda çörəyi və makaron kimi qidaların əksəriyyəti yaxşı lif mənbəyidir. Buna görə də, bütün taxıl məhsulları gündəlik ehtiyacınız olan lif miqdarı üçün vacibdir. Belə qidaları həyatınızdan çıxarsanız, kifayət qədər lif qəbulu olmamasının nəticəsində qəbizlik yaşaya bilərsiniz.
3- İmmunitet sisteminizi zəiflədir
B vitamini immunitet funksiyalarından enerji istehsalı üçün vacibdir. B vitamini əsasən tam taxıllı qidalarda və çörəklərdə olur. Qlütensiz bir pəhriz saxladığınız zaman B vitamini çatışmazlığı hiss edə bilərsiniz. Bu da immunitet sisteminizdə zəifliyə səbəb ola bilər.
4- Ürək xəstəliklərinə pis təsir edir
2017-ci ildə British Medical Journal-ın müəllifləri tərəfindən nəşr olunan bir araşdırma, qlütensiz bir pəhrizin ürək-damar xəstəlikləri riskini artıra biləcəyini ortaya qoydu. Buna görə tam taxıllarla zəngin bir pəhriz əslində ürəyiniz üçün çox faydalıdır.
5- Qan şəkəriniz pozula bilər
Çünki qlütensiz qidalarda arzu olunan dada çatmaq üçün daha çox şəkər əlavə edilir. Bu səbəbdən, qlütensiz bir pəhriz izləməyə çalışarkən qan şəkərinizi balanslaşdırmaqda çətinlik çəkə bilərsiniz.