Fiziki fəaliyyət üçün faydalı və enerji ilə təmin edən qida qozdur. Foodinfo.az Rbc.ua-ya istinadla xəbər verir ki, qoz yüksək miqdarda faydalı yağlar və zülal ehtiva etdiyi üçün idmanla məşğul olanlar üçün faydalıdır. Qoz enerji balansını dəstəkləyir, əzələlərin bərpasına kömək edir və məşqdən əvvəl və ya sonra ideal qəlyanaltıdır.

ABŞ Kənd Təsərrüfatı Nazirliyinin məlumatına görə, 30 qram qoz 4,4 qram zülal təmin edir. Zülal əzələ kütləsinin artırılmasına yardım edir, yağ isə uzunmüddətli məşqlər zamanı enerji mənbəyi olur, bədən temperaturunu tənzimləyir və daxili orqanları qoruyur.

Yuxu üçün faydası:
Food Function jurnalında dərc edilmiş araşdırmaya görə, axşam 40 qram qoz yeyən insanlar daha yaxşı yuxu alır və gün ərzində daha az yuxululuq hiss edirlər. Qoz melatonin və triptofan ehtiva edir ki, bu da yuxu keyfiyyətini artırır və bədən saatını tənzimləyir.

Digər faydaları:

  • Həzm sistemi üçün faydalıdır – bağırsaq bakteriyalarını dəstəkləyir, immunitet və beyin funksiyasını gücləndirir.

  • Xolesterinin azaldılması – ürək sağlamlığını qorumağa kömək edir.

  • Ürək-damar riski azalır – insult və ürək xəstəliklərinin riskini azaldır.

  • Sağlam yaşlanma və uzunömürlülük – əzələ gücünü artırır, tarazlığı və kognitiv funksiyaları yaxşılaşdırır, yuxunu yaxşılaşdırır.

Beləliklə, məşqdən əvvəl və ya sonra bir ovuc qoz yemək həm enerji verir, həm də sağlamlıq üçün faydalıdır.

Qoz